Azərbaycanda son sutkada 386 nəfər COVID-19-a yoluxub

Aktual

25.07.2021 - 16:52

Həkimlər Klinikalar SEO Xidməti

149 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər ölüb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 4 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5 006 nəfər vəfat edib. 3 381 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 684, bu günə qədər isə ümumilikdə 3 975 081 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş