“Koronavirusla bağlı sərt tədbirlərə əl atmalıyıq” – <font color=red> HƏKİM</font>

Aktual

02.12.2020 - 14:57

Adil Allahverdiyev: “Nə qədər sərt tədbirlər görülsə, bir o qədər müsbət nəticə əldə ediləcək”

 

“Koronavirusla bağlı ciddi qərarların qəbuluna ehtiyac var. İnsanların bir yerə toplaşmaması üçün çalışmaq lazımdır”. AYNA-nın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində professor Adil Allahverdiyev deyib.

 

Professor hesab edir ki, nə qədər sərt tədbirlər görülsə, bir o qədər müsbət nəticə əldə ediləcək: “Azərbaycanda mütləq sərt tədbirlərə əl atmalıyıq. Bu olmazsa, xəstəxanalarda yer qalmayacaq. Türkiyə kimi səhiyyəsi güclü ölkədə artıq xəstələri yerləşdirməyə yer tapılmır. Sərt tədbirlər tətbiq edilmədən Azərbaycanda da nəticə belə olacaq. Sərt tədbirlər tətbiq edərək, virusu kontrol altına almaq lazımdır”.

Müəllif: Ayna.az