Azərbaycanda reanimasiyadakı koronavirus xəstələrinin sayı azalıb

Aktual

19.08.2020 - 23:37

Həkimlər Klinikalar SEO Xidməti

28 nəfər süni tənəffüs cihazına qoşuludur

 

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 359 nəfər test edilib.  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) AYNA-ya verilən xəbərə görə, indiyədək  ölkədə 849 628  nəfər koronavirusa qarşı test edilib. Ölkədə  146  yeni yoluxma, 1 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 34 620  nəfər virusa yoluxub, 510  nəfər  ölüb, 32 363  nəfər isə sağalıb. Son sutka ərzində 162  nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı  1 747 nəfərdir.

 

Məlumata görə, hazırda reanimasiyada 178  nəfər müalicə alır, 28 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Müəllif: Ayna.az