İlham Əliyev Laçın rayonunun işğaldan azad olunduğunu elan edib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edib. AYNA-nın xəbərinə görə, ölkə başçısının müraciəti Azərbaycan Televiziyası (AzTV) vasitəsilə yayımlanır.
Prezident müraciətində Laçın rayonunun işğaldan azad olunduğunu elan edib.
Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.