Azərbaycanda son sutkada 122 nəfər COVID-19-a yoluxub: ölən olmayıb

Aktual

12.10.2020 - 15:38

47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bu gün COVID-də ölüm qeydə alınmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 42104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 091 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3551, ötən müddət ərzində isə ümumilikdə 1 180 271 test aparılıb.

Müəllif: Ayna.az