Azərbaycanda pensiya yaşı azaldılacaq?

Cəmiyyət

08.02.2022 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

DSMF pensiya yaşının azaldılması məsələsinə münasibət bildirib

Pensiya yaşının azaldılması ilə bağlı məsələ hazırda gündəmdə deyil. AYNA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Fond rəhbərinin sözlərinə görə, ölkədə orta ömür uzunluğu 77 yaşın üzərindədir: "Hətta pensiyaçıların yaş həddi də bu yaşın üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır. Bütün dünya təcrübəsində pensiya yaşının hətta 65-in üzərində olması, həmin şəxslərin əmək bazarında saxlanması məqsədəuyğun hesab edilir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş