Azərbaycanda nikahların sayı yarıyadək azalıb

Cəmiyyət

12.11.2021 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Aynur Sofiyeva: “Boşanmalarda artma müşahidə olunur”

“2020-ci ili əvvəlki illərlə müqayisə etdikdə nikahların sayında təqribən yarıya qədər azalma var”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, ümumiyyətlə, 2020-2021-ci illəri digər illərlə müqayisə etmək düzgün deyil: “Çünki pandemiya olub, toylara icazə verilməyib, boşanmalara təsir edib. Bundan başqa psixoloji məqamlar var. Amma ümumilikdə 2019-cu ilə qədər nikahlarda stabil azalma, boşanmalarda artma müşahidə olunur. Müasir dünyanın təsirləri ailə modelinə öz təsirini göstərir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş