Son sutkada COVID-19 əleyhinə 52 min 386 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 386 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 278 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 102 902 təşkil edir.