Azərbaycanda daha 35 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

09.09.2021 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49 318 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, bu günə qədər isə ümumilikdə 4 608 573 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş