Azərbaycanda COVID-19-a sutkalıq yoluxma artdı

Aktual

29.06.2021 - 20:54

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 87 nəfər virusa yoluxub, 70 nəfər sağalıb, 3 nəfər ölüb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 335961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330193 nəfər müalicə olunaraq sağalıb, 4973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7238, ötən müddət ərzində isə ümumilikdə 3740432 test aparılıb.

Azərbaycanda son sutkada 87 nəfər COVID-19-a yoluxub, 70 nəfər sağalıb, 3 nəfər ölüb

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş