Azərbaycanda hazırda reanimasiyada 179 koronavirus xəstəsi var

Aktual

23.08.2020 - 03:29

Həkimlər Klinikalar SEO Xidməti

Son 24 saatda koronavirusla bağlı daha 6 min 557 nəfər test edilib

 

Azərbaycanda dünən koronavirusla bağlı daha 6 min 557 nəfər test edilib. “Tibbi Ərazi Bölmələrini İdarərtmə Birliyi”ndən (TƏBİB) AYNA-ya verilən məlumata görə, indiyədək  ölkədə 868 min 345  nəfər koronavirusa qarşı test edilib.

 

Ölkədə  dünən 184  yeni yoluxma, 3 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 35 min 105  nəfər virusa yoluxub, 515  nəfər  ölüb, 32 min 842  nəfər isə sağalıb. Son sutka ərzində 160  nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı  1 748 nəfərdir. Məlumata görə, hazırda reanimasiyada 179  nəfər müalicə alır, 24 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Müəllif: Ayna.az