Daha bir qrup vətəndaşımız Gürcüstandan təxliyə ediləcək

Aktual

01.09.2020 - 16:09

Növbəti təxliyə sentyabrın 4-nə nəzərdə tutulub

 

Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlarımızın növbəti təxliyəsini həyata keçirəcək. AYNA xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, növbəti təxliyə sentyabrın 4-nə nəzərdə tutulub.

 

Gürcüstandan təxliyə olunacaq 277 nəfərin 134-ü Azərbaycan vətəndaşı, 135-i Gürcüstan, 1-i Türkiyə, 6-sı Rusiya və 1-i Ukrayna vətəndaşı olan azərbaycanlılardır.

 

Təxliyə ediləcək şəxslər sentyabrın 3-də Tbilisidəki klinikalardan birində koronavirus testindən keçiriləcək. Nəticələri neqativ olan şəxslərə COVID-19 pasportu veriləcək və onlar sentyabrın 4-də səfirliyin binasının qarşısından avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Müəllif: Ayna.az