Azərbaycana qarşı çıxan "kuklaların" arxasında kim dayanır?

Aktual

06.10.2020 - 17:20

Ukrayna Baş Prokurorluğu belə təxribat xarakterli açıqlamalara lazımi qiymət verməlidir

 

Ermənistan ordusunun ağır məğlubiyyəti, Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinin azad edilməsi, Ukraynada ölkəmizə qarşı olan siyasətçiləri daha da fəallaşdırdı. Təəssüf ki, belələri var. Və onların patronu Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) hazırkı başçısı, erməni Arsen Avakovdur. O və adamları bu yaxınlarda ölkəmizlə bağlı bir neçə təxribat xarakterli və yersiz açıqlamalar verdilər.

 

Məsələn, oktyabrın 1-də “Ukrayna 24” telekanalının efirində “Sluqa naroda”dan olan deputat Lyudmila Marçenko Ukrayna tərəfinin Azərbaycana kömək etməyə hazır olduğunu söylədi: “Bildiyim qədəri ilə, biz artıq həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, humanitar yardımdan bəhs edirik. Bu gün tam olaraq nəyin tələb olunduğunun siyahısını tərtib etmək məsələsi nəzərdən keçirilir. Ukrayna bu gün Azərbaycanı müxtəlif arenalarda dəstəkləməyə hazırdır. Bu dəstək hərbi, humanitar və gələcəkdə lazım olan hər şeylə əhatə olunmalıdır. Bu, hərbi vəziyyətdir”.

 

“Sluqa naroda” partiyası dərhal bu açıqlamaya reaksiya verdi. Cavab proqnozlaşdırılan idi: “Deputatların şəxsi fikirləri fraksiyanın rəsmi mövqeyi deyil. Üstəlik, dövlətin rəsmi mövqeyi deyil. Xalq nümayəndələri hər mövzuda fikir və təkliflərini bildirə bilərlər”.

 

Və nəinki Ukrayna DİN-in rəhbəri, eyni zamanda Ukraynadakı erməni diasporunun hamilərindən biri olan Arsen Avakov şərhlərlə ortaya çıxmasa, hər şey yaxşı olacaqdı. “Twitter”dəki yazısı kobudluğun və öz imkanlarını yüksək qiymətləndirməyin simbiyozu idi. “Ukrayna Azərbaycan-Ermənistan münaqişəsində tərəflərdən heç birinə hərbi yardım göstərməyəcək. Ancaq tibbi yardım – fantaziyaları geniş olan millət vəkilləri üçün həblər - bütün ölkə tərəfindən axtarılmalıdır” – o yazdı.

 

Gördüyünüz kimi, Arsen Avakov birbaşa vəzifələri dairəsinə nəyin daxil edildiyini unudub. O, Ukraynanın Xarici İşlər və Müdafiə nazirliklərinin deyil, Daxili İşlər Nazirliyinin rəhbəridir. Avakov Ukraynanın hər hansı bir dövlətə hərbi yardım göstərməsinə və ya bu köməyin hər hansı bir ölkədən qəbul edilməsinə icazə vermək və ya qadağan etmək səlahiyyətinə malik deyil. Ukraynalı mütəxəssislərin ümumi rəyinə görə, indi onun diqqəti Ukraynadakı erməni və Azərbaycan diasporları arasında gözlənilən qarşıdurmanın qarşısını almağa yönəlsə, daha yaxşı olardı. Amma Avakov əksinə, başqalarının funksiyalarını yerinə yetirir, Ermənistana mənəvi dəstək verir və Ukraynada gərgin vəziyyət üçün zəmin yaradır.

Аваков: Чартеров для эвакуации украинцев больше не будет | НикВести —  Новости Николаева

Ukraynanın Daxili İşlər nazirinin keçmiş müavini Tiqran Avakyan da saxta erməni xəbərlərinin yayılmasına öz töhfəsini verdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinin müzakirə olunduğu “Ukrayna 24” telekanalında bir tok-şouda çıxış edən Avakyan, Fransa Prezidenti Emmanuel Makronun “Türkiyə Azərbaycan üçün terrorçular hazırlayır” kimi əsassız ifadəsinə toxundu. Avakyan bu məlumatın “Pentaqon tərəfindən təsdiqləndiyini”, - deyərək, yalan danışmaqdan da çəkinmədi.

 

Avakyan eyni tok-şouda çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadov tərəfindən ifşa olundu. O, beynəlxalq hüquq normalarına, Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edirək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququna sahib olduğuna diqqət çəkdi. Cavadov rəqibinə dünyada heç bir dövlətin qondarma “DQR”-in müstəqilliyini tanımadığını xatırlatdı.

 

Avakyan bu faktlar qarşısında məğlub oldu. Amma bu amil də onun sosial şəbəkələrdə aktiv olmasına, məşhur yerli siyasətçilərin və blogerlərin səhifələrinə yeni yalan xəbərlərlə daxil olmasına mane olmur. Təvazökarlıqdan uzaq olsa da, bu sətirlərin müəllifi belə mübahisələrin birində Avakyanı söhbəti yarıda tərk etməyə məcbur etmişdi.

 

Ancaq sonra Ukrayna siyasi səhnəsinin ən komik personajlarından biri - Ukrayna Sosialist Partiyasının lideri İlya Kiva söz aldı. “İnter” telekanalında, yandırma ittihamından korrupsiya və "biznes himayə" ittihamlarına qədər çox sayda qalmaqalda iştirak edən bu şəxsi jurnalistlər bir dəfə Ali Radanın divarları arxasında mastrubasiya edərkən yaxalamışdılar.

 

Və bu “möcüzə” siyasətçi Qarabağdakı müharibə barədə danışmağa qərar verdi. “Türkiyə ilə Ermənistan arasındakı bugünkü müharibə ərazilər uğrunda müharibə deyil. Bu, xristian və müsəlman dünyası arasındakı minillik qarşıdurmanın davamıdır. Və bugünkü vəzifəmiz, xristianlar və pravoslavlara, xaça tapınan qardaş və bacılarımızla birləşmək və kömək etməkdir. Çünki gücümüz birlikdədir. Biz kilsələrimizin və müqəddəs yerlərimizin ləkələnməsinə icazə verməməliyik. Pravoslav inancımızı qorumalı və gücləndirməliyik”, - deyə Kiva ağzı köpüklənə-köpüklənə danışdı.

 

Burada Kivanın bir vaxtlar Arsen Avakovun məsləhətçisi olduğunu xatırlamaq da yerinə düşərdi. Bu, çətin ki, bir təsadüf olsun. Həddindən artıq çox dəlil bütün bu çirkli kampaniyanın oyuncaqlarının arxasında Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin olduğunu göstərir. Kivaya gəlincə, problem onda deyil ki, o, yalnız ermənilərin pravoslav olmadıqlarını və onların ayrı kilsələrinin olduğunu da bilmir, həm də Azərbaycanla Ermənistan arasında, üstəlik işğal altındakı bölgədə müharibənin getdiyindən də xəbərsizdir. Kiva dövlətimizin suverenliyini, ordumuzun əks-hücum əməliyyatını tam dəstəkləyən Azərbaycada olan Rusiya və Ukrayna diasporlarının bəyanatlarından da xəbərdar deyil.

 

Nəhayət, Kiva Azərbaycanda minlərlə erməninin yaşadığının açıq şəkildə fərqində deyil. Yeri gəlmişkən, onlardan biri - 1943-cü il təvəllüdlü Nina Qriqoryan - erməni işğalçıları tərəfindən Gəncənin bazar günü bombardman edilməsi nəticəsində xəsarət alıb.

 

Problem həm də Kivanın bəyanatının açıq şəkildə təxribat xarakterli olmasındadır. Ukrayna Cinayət Məcəlləsinin 161-ci maddəsini (“Vətəndaşların irqindən, milliyətindən və dinə münasibətindən asılı olaraq bərabərliyinin pozulması”) xatırlatmağın vaxtı gəlib. Maddədə qeyd olunur: “Milli, irqi və ya dini kin və nifrəti qızışdırmağa, milli şərəf və ləyaqəti alçaltmağa və ya insanların dini inancları, irqi, etnik mənsubiyyəti, dərisinin rəngi, dili ilə əlaqəli insanların duyğularını təhqir etməyə, habelə hüquqların birbaşa və ya dolayısı ilə məhdudlaşdırılmasına yönəlmiş qəsdən hərəkətlər və ya irqinə, dəri rənginə, siyasi, dini və digər inanclarına, cinsinə, etnik və sosial mənşəyinə, mülkiyyət vəziyyətinə, yaşayış yerinə, dilinə və ya digər əsaslara görə birbaşa və ya dolayı imtiyazların müəyyən edilməsi - vətəndaşların minimum iki yüzdən beş yüz qrivnayadək vergi ödənilməyən gəlirləri qədər cərimə ilə cəzalandırılır. Və ya üç ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilmədən beş ilə qədər azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır”.

 

Əminəm ki, Ukrayna Baş Prokurorluğu İ.Kivanın təxribat xarakterli açıqlamalarına lazımi qiymət verməlidir. Bu məsələdə aktivliyi Azərbaycanın Ukraynadakı səfirliyindən, bütün Azərbaycan diaspor təşkilatlarından, şəxsən Ukrayna Baş prokurorunun müavini Gündüz Məmmədovdan, bütün layiqli Ukrayna siyasətçilərindən, ictimai xadimlərindən, jurnalistlərdən gözləmək lazımdır. Həqiqət Azərbaycanın tərəfindədir və müəyyən qüvvələrin dövlətlərimiz arasındakı münasibətlərə kölgə salmasına icazə verilməməlidir.

Müəllif: Əkbər Həsənov