Terrorçular Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı zərərsizləşdirilib
Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir. AYNA-nın Ordu.az-a istinadən məlumatına görə, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib.
Terrorçular, əsasən, Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib. Məlumata görə, terrorçulardan biri özünü partladıb.
Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.