Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunub

Cəmiyyət

14.04.2022 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Kabineti qərar verib

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi təqdim etmək tələbi ləğv olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur;

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş