“Azdrama” fəaliyyətini müvəqqəti dayandırdı

Mədəniyyət

26.01.2022 - 17:18

Tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb. AYNA xəbər verir ki, bu barədə teatrın “Facebook” səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərarı alınıb: “Yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılıb.

“Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq”, - deyə bildirilib.

Müəllif: Ayna.az