“Arzuların səyahəti”

Mədəniyyət

24.10.2023 - 13:21

və ya natamamlıq hissindən azad ola bilməyən qəhrəmanların mübarizəsi

Bu günlərdə gənc yazıçı Aysel Şıxlının “3 alma” TEAS Press Nəşriyyatı tərəfindən çap olunmuş “Arzuların səyahəti” adlı yeni kitabı ictimaiyyətə təqdim olunub. Kitabın üz qabığı və illüstrasiyalarını müəllif özü işləyib.

Kitabda üç povest yer alır. Onlardan hər biri təklik və natamamlıq hissindən azad ola bilməyən qəhrəmanların öz balaca dünyalarında apardığı mübarizələrdən bəhs edir.

“Arzuların səyahəti” – arzular, xəyallar, hisslər haqqındadır.

“İnanıram ki, səhifələri çevirdikcə, kiçik və anlamsız görünən hadisələrin biriləri üçün böyük məna daşıdığına, gizli xəyalların real həyata təsir elədiyinə, sevgi və qayğının bütün canlılar üçün zəruri olduğuna bir daha əmin olacaqsınız”, - deyə müəllif yazır.

Qeyd edək ki, Şıxlinskaya Aysel Fərrux qızı 1994-cü ildə Bakıda, yazıçı ailəsində dünyaya gəlib. Rəsm çəkməyə və nağıllar yazmağa erkən yaşlarından başlayıb.

Peşəkar yazıçılıq fəaliyyətinə 2018-ci ildə “Mənəm, Yusif” hekayəsi ilə başlayıb. İkinci Qarabağ müharibəsinə həsr olunmuş bu əsər “44 fəsil – Payızda gələn bahar hekayələri” kitabında çap olunub.

2021-ci ildə Aysel Şıxlinskayanın debut romanı olan “Qanadsız mələk” nəşr edilib və müəllifə uğur gətirib. Roman çağdaş gənclərin həyatından: dostluqdan, sevgidən, ailə münasibətlərlərinin onların həyatına təsirindən bəhs edir.

“Arzuların səyahəti” “Arzuların səyahəti” “Arzuların səyahəti” “Arzuların səyahəti”
Müəllif: Ayna.az