Fəxri xiyabanların “fəxrləri” və unudulmuş unudulmazlar

Mədəniyyət

11.06.2020 - 10:30

Diriyə dəyər verməyəndən ölüyə hörmət gözləmək absurddur

 

Asəf Zeynallının məzarının baxımsız vəziyyəti gündəmə gəlib. Bir qrup gənc də toplaşıb məzarı təmizləyib, çiçəklər qoyub. Hamısına minnətdaram. Yaxşı ki, bu ölkədə səhrada su, bataqlıqda çiçək, zülmətdə atəşböcəkləri kimi adamlar var. Bu adamlar sonuncu ümid yeridirlər və Tanrı ümidlərimizi qorusun!

 

Aşağıdakı fotoda isə Azərbaycan teatr və kino sənətinin ən böyük sənətkarlarından birinin məzarını görürsünüz. Siz onu "Nəsimi" filmindən Teymurləng kimi, "Tütək səsi" filmindən Qurban kimi, "Arxadan vurulan zərbə" filmindən Qurd Cəbrayıl kimi tanıyırsınız. Ümumilikdə 60-a yaxın filmdə, 100-ə yaxın teatr tamaşasında müxtəlif obrazları canlandırmış, aktyorluq istedadı, görkəmi, səsi ilə hər kəsi heyran etmiş qüdrətli sənətkar Yusif Vəliyevin məzarıdır. Yusif Vəliyevin baxımsız qalmış məzarının üzərindəki yazıları da aydın şəkildə oxumaq olmur. Sənətkar Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşən məzarlıqda dəfn olunub. Həmin məzarlıqda Amaliya Pənahovanın, Yusif Muxtarovun və başqa tanınmış şəxslərin məzarları da yer alır.

Orxan Bahadırsoy


Ramanada faciə

Dünən, 17:26 Hadisə