Axtarışda olan 103 nəfər saxlanılıb

Hadisə

11.04.2026 - 13:18

Narkotiklərlə əlaqəli 20, qanunsuz silah-sursatla bağlı 12 fakt müəyyən edilib

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş