Zəlzələ beş can aldı

Hadisə

05.08.2019 - 20:29

Binalar, stadionlar və xəstəxanalara zərər dəyib

 

İndoneziyada baş verən zəlzələ nəticəsində 5 nəfər dünyasını dəyişib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ nəticəsində 223 binanın zərər gördüyü bildirilib.

 

İndoneziyanın milli televiziyasında yayımlanmış görüntülərdə zəlzələnin bir neçə binaya, stadionlara və bəzi xəstəxanalara da ziyan verdiyi diqqətdən yayınmayıb.

Müəllif: Ayna.az