Avropa İttifaqı Çinin Ukrayna müharibəsindəki neytrallığı ilə razı deyil

Dünya

12.10.2023 - 12:39

cedabet dərman SEO Xidməti

Borrell: “Bu işdə neytral olmaq tülkü toyuq yuvasına girərkən kənardan baxmaq və nəticələrini gözləmək kimidir”

Avropa İttifaqı (Aİ) Çinin Rusiya ilə Ukrayna arasındakı münaqişədə neytrallığı ilə razı deyil. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Cosef Borrell deyib.

Borell Çinin Səudiyyə Ərəbistanında keçirilən Ukrayna sülh konfransında iştirakının yaxşı addım olduğunu etiraf edib: “Amma bu işdə neytral olmaq tülkü toyuq yuvasına girərkən kənardan baxmaq və nəticələrini gözləmək kimidir”.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin Çinin üç ən böyük neft-qaz korporasiyasını müharibənin sponsorları kimi tanımaq qərarını pisləyib.

"Pekin Çin müəssisələrinin müvafiq siyahıya daxil edilməsinə qəti şəkildə qarşıdır", deyə nazirliyin açıqlamasında qeyd edilib.

Çin Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, Pekin Kiyevi səhvlərini dərhal düzəltməyə və mənfi təsirləri aradan qaldırmağa çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş