Terri Breton: ““Bu gün biz Almaniyanın təkbaşına hərəkət etməyə çalışdığını görürük”
Avropa İttifaqı (Aİ) Almaniyanı Ukraynaya birtərəfli qaydada maliyyə yardımı etdiyinə görə qınayıb. AYNA “The Telegraph”a istinadən bildirir ki, bu barədə Aİ-nin daxili bazar üzrə komissarı Terri Breton deyib.
Breton Almaniya kansleri Olaf Şolsun Ukraynaya 7 milyard avrodan çox yardım göstərilməsi ilə bağlı bəyanatını şərh edib.
Qeyd edək ki, Şolsun bəyanatına görə, vəsait həm hərbi, həm də bərpa üçün istifadə olunacaq.
Avropa komissarı bu addımı Aİ-nin çoxtərəfli mexanizmlərindən keçməyəcəyi üçün pisləyib: “Bu gün biz Almaniyanın təkbaşına hərəkət etməyə çalışdığını görürük. Berlin Avropa Sülh Fonduna dəstəyi dayandırmağa çalışır”.
Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri assosiasiyaya üzv ölkələrlə Ukraynaya planlaşdırılan yardımı dəqiqləşdirməyi xahiş etmişdi. Şols qeyd edib ki, Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı iki dəfə artıraraq 8 milyard avroya çatdırmağı planlaşdırır.