Avqustun 30-u şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq

Xəbərlər

26.08.2024 - 17:14

cedabet dərman SEO Xidməti

Tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək

Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 30 avqust saat 18:00-da dayandırılacaq. AYNA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesinə II - IX və XI sinif şagirdləri üçün avqustun 8-i saat 15:00-dan, X siniflər üçün isə avqustun 15-i saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş