Paytaxt sakinlərinə xəbərdarlıq

Xəbərlər

22.10.2019 - 11:29

Bakının bəzi ərazilərində qaz təminatında fasilələr olacaq

 

Payız-qış mövsümünə hazırlıqla əlaqədar Bakının bəzi ərazilərində qaz təminatında fasilələr olacaq. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, Xocəsən qəsəbəsi ərazisində müxtəlif diametrli yeni çəkilmiş polietilen orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərinə başlanılır. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocəsən qəsəbələrində oktyabrın 22-də saat 10:00-dan etibarən qaz təminatında fasilələr müşahidə olunacaq.

 

Şəmkirdə isə həmin saatlarda qaz xətləri üzərində 3 ədəd tənzimləyici qurğu quraşdırılacaq. İşlərin icrası rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaradıb.

Müəllif: Ayna.az