Abonentlərin qazla təminatında fasilə yaranmayıb
Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən AYNA-ya daxil olmuş məlumatda bildirilir ki, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.
"Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq" - deyə bildirilir.