Bir tona yaxın yararsız toyuq əti aşkarlanıb

Xəbərlər

13.09.2019 - 12:19

Faktla bağlı araşdırmalar aparılır

 

Sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Suraxanı rayonu ərazisində növbəti əməliyyat tədbiri keçirilib. 

 

AYNA-ya DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız, çəkisi 996 kiloqram toyuq əti aşkar edilib.

 

Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az