ATƏT-dən ABŞ-ın "sülh planı"na sərt reaksiya: “Görünür, bu, Moskvada yazılıb”

Dünya

21.11.2025 - 09:13

Finlandiya xarici işlər naziri "sülh planını" kəskin tənqid edib

Finlandiya xarici işlər naziri və hazırkı ATƏT sədri Elina Valtonen bir neçə Qərb mediasında yayımlanan ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün "sülh planını" kəskin tənqid edib.

AYNA.AZ “Yle”yə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, əgər ABŞ-ın "sülh planı" mediada təsvir olunduğu kimidirsə, onda bu cür şərtlər həm Ukrayna, həm də onun Avropa tərəfdaşları üçün qəbuledilməzdir.

Valtonen bildirib ki, “plan sanki Moskvada yazılıb və açıq-aydın BMT Nizamnaməsini masadan atır".

"Biz Ukraynada ədalətli və davamlı bir sülh istəyirik. Və biz artıq dörd ildir ki, bu məqsədə doğru çalışırıq", o əlavə edib.

Xatırladaq ki, 19 noyabrda bir neçə ABŞ mediası Trampın komandasının ruslarla məsləhətləşmələr apararaq hazırladığı 28 maddəlik yeni "sülh planı" barədə məlumat yayıb. Qeyd olunur ki, plan bütün Donbassın Rusiyaya verilməsini, eləcə də Ukraynanın silah arsenalını məhdudlaşdırmasını, ordusunu yarıya qədər azaltmasını və rus dilinin ikinci rəsmi dil kimi qəbul edilməsini nəzərdə tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş