“Kiyev silahlı münaqişələrə hazırlıqla bağlı İsrail təcrübəsini nəzərə almalıdır”
“Ukrayna indi İsrailin keçdiyi mərhələdən keçir. Kiyev silahlı münaqişələrə hazırlıqla bağlı İsrail təcrübəsini nəzərə almalıdır”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Prezidentinin keçmiş müşaviri Aleksey Aretoviç “Telegram” kanalında yazıb.
"Ukraynanın İsrail nümunəsindən öyrənməli olduğu əsas dərs: əgər biz sağ qalmaq və inkişaf etmək istəyiriksə, yalnız özümüzə güvənməliyik” - Aretoviç yazıb.
Keçmiş müşavir həmçinin qeyd edib ki, Kiyev onu dəstəkləyən ölkələrdəki siyasi vəziyyətə baxmamalıdır: ““Biz təkik və heç kim bizə kömək etməyəcək” düsturu əsasında siyasət qurmalıyıq”.