Ankara ilə Astana arasında birbaşa uçuşlara başlanılıb

Dünya

05.12.2022 - 12:23

Uçuşlar Ankara-Astana-Ankara reysləri ilə həftədə iki dəfə həyata keçiriləcək

Türk Hava Yolları (THY) Ankara ilə Astana arasında birbaşa aviareyslər həyata keçirməyə başlayıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, ilk uçuşu THY-nin törəmə şirkəti olan “Anadolu Jet” aviaşirkətinin təyyarəsi Ankaranın Esenboğa Hava Limanından həyata keçirib.

“Bu gün 5-də 140 sərnişin daşıyan layner Astananın Nursultan Nazarbayev Hava Limanına enib”, - məlumatda bildirilib.

Birinci mərhələdə uçuşlar Ankara-Astana-Ankara reysləri ilə həftədə iki dəfə həyata keçiriləcək.

Müəllif: Ayna.az