ANAMA Qarabağın nə qədər ərazisini minalardan təmizləyib?

Xəbərlər

31.03.2021 - 16:23

İdris İsmayılov: "17 milyon kv.m ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib"

 

ANAMA tərəfindən cəbhəboyu ərazilər və işğaldan azad olunmuş ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursatlar aşkar edilib və zərərsizləşdirilib.  AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

 

Onun sözlərinə görə, 17 milyon kv.m. ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib: "Sentyabrın 2-dən bu günə qədər 17327 ədəd mina və hərbi sursat aşkar edilib, hazırda Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavənddə axtarışlar aparılır".

Müəllif: Ayna.az