Ana azyaşlı qızı ilə bərabər itkin düşüb

Xəbərlər

02.10.2019 - 14:02

Ana sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

 

Ucarda ana və qızı itkin düşüb. AYNA-ya bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Ucar rayonunun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ucarda ana və qızı itkin düşüb - FOTO

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Ucar Rayon Polis Şöbəsinə 020-213-00-53  nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az