Amnistiya aktının icrası ilə bağlı monitorinqlər aparılacaq

Cəmiyyət

11.11.2021 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Əliməmməd Nuriyev: “Amnistiya aktlarının tətbiqində sui-istifadə halları ola bilməz”

8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktının icrası üçün dörd aylıq müddətin göstərilməsinə baxmayaraq, bu prosesin daha qısa müddətdə icra olunacağına ümid edirəm.

AYNA xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev qeyd edib ki, amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən çox şəxs azadlığa buraxılıb: “Amnistiyanın icrası daha tez – bir ay müddətində də yekunlaşa bilər”.

“Amnistiya aktlarının tətbiqində sui-istifadə halları ola bilməz. Bu məsələdə Ədliyyə Nazirliyi tərəfindən çox ciddi nəzarət var. Bu proses müddətində monitorinqlər aparılacaq və ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - deyə Ə.Nuriyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş