Almaniyanın XİN başçısından Lavrova çağırış: “Bu müharibəni bitirin”

Dünya

02.03.2023 - 13:16

cedabet dərman SEO Xidməti

Berbok Rusiyanı beynəlxalq asayişi pozmağa son qoymağa çağırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanı G20-nin işini iflic etməkdə ittiham edib və rusiyalı həmkarı Sergey Lavrovu Ukraynadakı müharibəyə son qoymağa çağırıb.

AYNA xarici mediaya istinadən bildirir ki, Berbok bu barədə G20 üzvlərinin xarici işlər nazirlərinin Yeni Dehlidə keçirilən iclasında deyib.

Berbok iclasda iştirak edən Lavrova üzünü tutaraq bildirib: "Biz çoxtərəfliliyə inanırıq. Bu müharibəni dayandırın, beynəlxalq asayişi pozmağı dayandırın".

Bir neçə gün əvvəl G20 ölkələrinin maliyyə liderlərinin görüşü baş tutub. Mediaya məlum olub ki, sammitə ev sahibliyi edən Hindistan görüş zamanı mübahisə və qarşıdurma yaşanmaması üçün Rusiyaya qarşı sanksiyaların müzakirəsindən imtina edib. G20 iclası birgə bəyanat olmadan başa çatıb, baxmayaraq ki, ABŞ birgə bəyanatda Moskvanın Ukraynaya qarşı müharibə apardığına görə birbaşa pislənməsini israr edib. Rusiya və Çin isə buna qarşı çıxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş