İnsidenti törədən sürücü saxlanılıb
Almaniyanın Folkmarzen şəhərində sürücü “Mercedes” markalı avtomobilini karnavala qatılan insanların üzərinə sürüb.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, 30 nəfər yaralanıb. Onların arasında uşaqlar da var. İnsidenti törədən sürücü saxlanılıb. Onun bu hadisəni hansı səbəbdən törətməsi bilinmir.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.