Nazim İbrahimov dəfn olundu

Xəbərlər

02.09.2019 - 18:23

Nazim İbrahimov 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini olub

 

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, naşir Nazim İbrahimov vəfat edib.



AYNA xəbər verir ki, 85 yaşlı mərhumun dəfn mərasimi bu gün saat baş tutub. 



Xatırladaq ki, İbrahimov Nazim Sadıq oğlu 1 fevral 1935-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədi olub. 1957-1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971-1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980-1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993-2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub.

 

1975-ci və 1990-cı illərdə - Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub.

 

1995-2004-cü illərdə - Olimpiya Komitəsinin üzvü, Azərbaycan Tennis Federasiyasının prezidenti, həlledici səslə Beynəlxalq və Avropa Tennis Federasiyasının üzvü olub.

 

Nazim İbrahimov 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini olub.

Müəllif: Ayna.az