Almaniyada koronavirusa yoluxanların sayı 103 min nəfəri ötüb

Dünya

08.04.2020 - 08:56

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Almaniyada koronavirusdan ölənlərin sayı 1 814 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə federativ ərazilərdən daxil olan məlumatlar əsasında hesablamalar aparan yerli “N-tv” telekanalı bildirib.

 

Telekanalın yerli vaxtla saat 20:25-ə olan hesablamalarına görə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 103 036 təşkil edir. Ölkədə virusa yoluxmuş 33,3 min xəstə sağalıb.

 

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş