Almaniya Gürcüstanda 237 milyon avro dəyərində layihələri dayandırıb

Xəbərlər

24.12.2024 - 08:43

Həkimlər Klinikalar SEO Xidməti

“Batumidə yaşıl hidrogenin, enerji şəbəkəsinin və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq”

Almaniya Gürcüstanın Avropa İttifaqına (Aİ) gedən yolundan dönməsi və etirazların yatırılması səbəbindən Gürcüstanda 237 milyon avro dəyərində layihələri dayandırıb. AYNA xəbər verir ki, bu barədə Almaniyanın Tiflisdəki səfiri Peter Fişer “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Təəssüf ki, Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırdı və İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstanın Aİ yolundan dönməsinə və etirazların yatırılmasına reaksiya verir. Biz Batumidə yaşıl hidrogenin, enerji şəbəkəsinin və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək qalır”, - diplomat bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş