Albaniya dünyada süni intellekt naziri təyin edən ilk ölkə oldu

Dünya

12.09.2025 - 14:18

"Bu, elmi fantastika deyil, Diellanın missiyasıdır"

Albaniya dünyada süni intellekt naziri təyin edən ilk ölkə olub. AYNA.AZ “Politico”ya istinadən xəbər verir ki, Baş nazir Edi Rama Sosialist Partiyasının Tiranada keçirilən iclası zamanı hökumətdə dəyişiklik elan edib və süni intellekt texnologiyasından istifadə etmək üçün yaradılmış yeni “kabinet üzvü” – Diellanı (alban dilindən “günəş işığı” kimi tərcümə olunur) təqdim edib.

Ramanın sözlərinə görə, Diella korrupsiya risklərinin aradan qaldırılması üçün dövlət satınalmalarına cavabdeh olacaq. Baş nazir vurğulayıb ki, süni intellektin işə salınması prosesi tədricən olacaq və eksperimentin əsas məqsədi Albaniyanı bütün tenderlərin “yüz faiz korroziyaya məruz qalmayacağı və oradan keçən dövlət vəsaitlərinin tamamilə şəffaf olacağı” ölkəyə çevirməkdir.

"Bu, elmi fantastika deyil, Diellanın missiyasıdır", deyə hökumət başçısı vurğulayıb.

Diella Albaniya vətəndaşlarına artıq tanışdır: o əksər dövlət xidmətlərinə onlayn çıxışı təmin edən “e-Albania” rəqəmsal platformasını idarə edir.

“Politico” qeyd edib ki, dövlət satınalmalarında korrupsiyaya qarşı mübarizə Albaniyada uzun müddətdir əsas problem olub. Bu məsələ Avropa Birliyinin qanunun aliliyi ilə bağlı illik hesabatlarında da müntəzəm olaraq gündəmə gətirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş