Ağ Ev rəsmisi: “Ukrayna və Qəzzadakı qurbanlar arasında fərq var”

Dünya

19.12.2023 - 16:31

cedabet dərman SEO Xidməti

“İsraillilər Qəzzanın mülki əhalisini öldürməyi, onlara işgəncə verməyi və zorlamağı müharibənin hədəfi seçməyiblər”

“ABŞ hakimiyyəti Ukrayna və Qəzza zolağındakı müharibənin qurbanları arasında fərq görür. İsraillilər Qəzzanın mülki əhalisini öldürməyi, onlara işgəncə verməyi və zorlamağı müharibənin hədəfi seçməyiblər. Bu onların planı deyil. Onlar mülki insanları qəsdən öldürməyə çalışmırlar”.

AYNA xəbər verir ki, bu sözləri Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Jurnalist İsrailin Qəzza zolağında beynəlxalq hüququ pozması ilə bağlı ABŞ-ın hansı dəlillərə ehtiyacı olduğuna dair sual verib. Jurnalist xatırladıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayanda Amerika hakimiyyəti Rusiyanı beynəlxalq hüququn pozulmasında ittiham edərək çox açıq davranıb.

Ağ Ev rəsmisi isə suala cavabında deyib ki, Rusiyanın Ukraynadakı hərəkətləri ilə İsrailin Qəzzadakı hərəkətlərinin müqayisəsi təəssüf doğurur: “Birləşmiş Ştatlar İsrail hakimiyyətini mülki itkilərin minimuma endirilməsinə gəldikdə mümkün qədər diqqətli olmağa çağırır. İndi Qəzzada insanlar öldürülür, yaralanır. Biz bunu görürük. Lakin bu, İsrailin hərbi məqsədlərinin bir hissəsi deyil”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş