Motosikletin xəsarət alan sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Abşeron rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, 1982-ci il təvəllüdlü Fərid Rəhim oğlu Əliyev idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Hadisə zamanı motosikletin xəsarət alan sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.