Qurban bayramı günlərində bu istiqamətdə əlavə qatar təyin ediləcək
Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019-cu il tarixlərində əlavə qatar təyin ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıdan 10 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07.40-da yola düşəcək və Gəncəyə saat 11.55-də çatacaq.
Bakıdan və Gəncədən 13 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07.40-da yola düşəcək və Gəncəyə saat 11.55-də çatacaq, geriyə Gəncədən saat 18.30-da yola düşəcək və Bakıya saat 22.45-də çatacaq.