Paytaxtda sanitar-gigiyena normalarını pozmuş daha bir restoran bağlanıb - <font color=red> FOTOLAR</font>

Xəbərlər

13.09.2019 - 18:02

Qida məhsulalrından nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi ilə bağlı monitorinqləri davam etdirir. Agentlik əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus "Sabiha" restoranında yoxlama aparıblar. Müəyyən edilib ki, əhalinin qidalanmasının təşkili və ya yeməklərin, eləcə də içkilərin hazırlanması, onların saxlanması, əhaliyə satılmasına dair sanitariya-gigiyena və texniki normativ sənədlərin tələbləri kobud şəkildə pozulub.

 

AYNA-ya bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, monitorinq zamanı baytarlıq-sanitariya ekspertizası aparılmayan və baytarlıq arayışı ilə müşahidə olunmayan ət və ət məhsullarından istifadə ediliyi aşkarlanıb. 

 

Yoxlama zamanı xammalın saxlanması sahəsi olmadığına görə məhsulların birbaşa mətbəxdə, yemək zalında döşəmənin üzərində və masaların altında yığılaraq saxlanıldığı müəyyən olunub. Qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.

Qida məhsullarından nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Restoranın fəaliyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.

Qeyd edək ki, sahibakrlıq subyekti qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.

Müəllif: Ayna.az