ABŞ və İran əsas regional məsələlər üzrə çoxtərəfli danışıqlara hazırlaşır

Dünya

03.02.2026 - 16:31

Danışıqlarda Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Pakistanın xarici işlər nazirləri də iştirak edəcək

ABŞ və İran bir neçə regional dövlətin nümayəndələri ilə yüksək səviyyəli görüşə hazırlaşır. AYNA.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Danışıqlarda Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Pakistanın xarici işlər nazirləri də iştirak edəcək.

Nəşrin məlumatına görə, görüşdə hazırkı ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edəcək. Mənbələr qeyd edirlər ki, danışıqların əsas mövzusu İranın nüvə proqramı olacaq.

Nüvə proqramını müzakirə etdikdən sonra tərəflər Vaşinqton tərəfindən əvvəllər təklif edilən qeyri-nüvə məsələləri üçün "qutudankənar həllər" tapmağa keçmək niyyətindədirlər. Mümkün gündəliyin təfərrüatları və gələcək razılaşmaların formatı hələ açıqlanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş