Yardım paketi NASAMS, HIMARS raketlərinin mərmiləri üçün nəzərdə tutulur
ABŞ noyabrın 3-də Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan etməyi planlaşdırır.
AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
"Bayden Administrasiyası cümə günü Ukraynaya dronlarla mübarizə, raket və döyüş sursatlarının alınması üçün 425 milyon dollar dəyərində hərbi yardım paketi elan etməyi planlaşdırır" deyə qeyd olunub.
Qeyd olunur ki, yardım paketi NASAMS, HIMARS raketlərinin mərmiləri üçün nəzərdə tutulur
Bu dəfə Ukraynaya əlavə ATACMS raketləri verilməyəcək.