ABŞ Ukrayna ilə bağlı Rusiya ilə danışıqları rədd edib

Dünya

14.02.2024 - 10:38

cedabet dərman SEO Xidməti

Dövlət Departamenti Ukraynanın özü olmadan Ukraynanın gələcəyini müzakirə etməyəcək

ABŞ Dövlət Departamenti Rusiya ilə Ukrayna barədə sülh danışıqlarını rədd edib. AYNA bu barədə “RBC”ya istinadən bildirir.

Departamentdən qeyd edilib ki, Ukraynanın özü olmadan Ukraynanın gələcəyini müzakirə etməyəcəklər.

“Rusiya düşünə bilər ki, bu müharibəyə son qoymağın yolu Vaşinqtondan keçir. Bu, əlbəttə ki, doğru deyil”, - Departamentin bəyanatında deyilir.

ABŞ xarici siyasət idarəsi əlavə edib ki, Moskva açıq şəkildə atəşkəsdə maraqlı olduğuna dair siqnallar göndərib, lakin Rusiyanın istənilən danışıqlara hazır olduğuna dair heç bir işarə yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş