ABŞ Xəzinədarlığı lisenziya verib
ABŞ Rusiyadan neft və neft məhsullarının satışına qarşı sanksiyalardan müvəqqəti olaraq imtina edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən ümumi lisenziyada qeyd edilib.
Sənədə əsasən, ABŞ tərəfi "12 mart tarixindən etibarən gəmilərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının tədarükü və satışına" icazə verib.
Bu həftə ABŞ Prezidenti Donald Tramp qlobal neft qiymətlərinin artması fonunda bir neçə ölkənin enerji sektoruna qarşı sanksiyaların yumşaldılmasını təklif edib. Vaşinqton Rusiya nefti də daxil olmaqla məhdudiyyətlərin yumşaldılması imkanlarını müzakirə edib.