İki ölkə arasında aparılan dialoq nəticəsində bu qərar qəbul edilib
ABŞ Ordusunun İraqdakı hərbi hissələri 2022-ci ilin dekabrın 31-nə kimi ölkə ərazisini tərk edəcəklər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İraq Ordusunun birləşmiş qərargahının nümayəndəsi, general Tahsin əl-Həfaci mətbuata məlumat verib.
General bildirib ki, iki ölkə arasında aparılan dialoq nəticəsində bu qərar qəbul edilib.
“Hazırda ABŞ-ın hərbi hissələri İraqın Eyn əl- Asad və İraq Kürdüstanının Əl-Həriri bölgələrində yerləşib. Ötən ay İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Co Baydenlə müzakirə edilib”, - deyə general vurğulayıb.