Bu, ABŞ-ın İranla sülh müqaviləsi imzalamasından bir neçə saat sonra baş verib
“İlk neft tankerləri 18 iyun gecəsi Hörmüz boğazından keçib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti C.D.Vens deyib.
Bu, ABŞ-ın İranla sülh müqaviləsi imzalamasından bir neçə saat sonra baş verib.
Vens bildirib ki, "Hörmüz boğazından bir gecə ərzində təxminən 12,5 milyon barel neft keçib".
O bildirib ki, bu, ABŞ-İran müharibəsinin başlanğıcından bəri ən yüksək həcmdir.
Eyni zamanda, neftin qiyməti müharibədən əvvəlki səviyyələrə düşüb. “Reuters” xəbər verir ki, “Brent” markalı xam neftin fyuçersləri 28 fevralda müharibənin başlamasından bəri ən aşağı qiymət olan 78 dollardan aşağı düşüb.
Həmçinin ABŞ Mərkəzi Komandanlığı İran limanlarının blokadasını ləğv etdiyini açıqlayıb.
Hörmüz boğazı qlobal ticarət üçün çox vacibdir. Müharibədən əvvəl dünya neft tədarükünün beşdə biri oradan keçirdi. Döyüşlər zamanı “Brent” markalı xam neftin qiyməti bir barel üçün 120 dollara yüksəldi.