Seçkilərdə 435 yerlik Nümayəndələr Palatasının üzvləri və senatorların üçdəbiri seçiləcək
Bu gün amerikalılar ABŞ Konqresinə seçkilərdə səsvermədə iştirak edəcəklər.
AYNA xarici mediaya istinadən bildirir ki, seçkilərdə 435 yerlik Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) üzvləri və senatorların üçdəbiri seçiləcək.
Bundan əlavə, seçicilər 36 ştat və üç ərazinin (Quam, Şimali Mariana adaları və Amerika Samoası) qubernatorlarını da seçəcəklər.