Fransız diplomat: “Qərb səhvən Ukrayna ordusunun münaqişənin axarını dəyişmək və qalib mövqe tutmaq qabiliyyətinə arxalanıb”
“ABŞ maliyyə yardımını dayandırsa və Avropa ölkələri hərbi sənaye kompleksinin potensialının artırılmasını təmin etməsə, Ukrayna müharibədə məğlubiyyətlə üzləşəcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri fransalı keçmiş diplomat Jerar Harault deyib.
“Əgər Birləşmiş Ştatlar Kiyevi maliyyələşdirməyi dayandırsa və Avropa hərbi istehsalı artırmasa, o zaman Ukrayna məğlub ola bilər”, - Harault bildirib.
Sabiq diplomat əlavə edib ki, Qərb ölkələri səhvən Ukrayna Silahlı Qüvvələrinin münaqişənin axarını dəyişmək və qalib mövqe tutmaq qabiliyyətinə arxalanıb.